NYT: “İran ABŞ-da “terror aktları” törədə bilər” | VİDEO

   NYT: “İran ABŞ-da “terror aktları” törədə bilər”    | VİDEO
  23 İyun 2025    Oxunub:817
Vaşinqtonun İranın üç nüvə obyektinə hücumuna cavab olaraq Tehran ABŞ-nin Yaxın Şərqdəki bazalarını vura və ya Amerikanın daxilində “terror hücumları” həyata keçirə bilər.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşri belə ehtimal irəli sürüb.

“Ən çox ehtimal olunan cavab variantları arasında regionda Amerika hərbçilərinə hücumlar və ya onun etibarlı tərəfdaşlarına qarşı Qərbdə, potensial olaraq ABŞ-də terror hücumları kimi asimmetrik əməliyyatlar var”, - qəzetin iddiasında deyilir.

“NYT” qeyd edir ki, münaqişənin indiki mərhələsində İranın ali lideri Ayətullah Əli Xamenei qisas almasa, o, “rejimin sərt xətt tərəfdarlarının rəğbətini itirə bilər”. Hətta cavabların verilməsinin vaxt çərçivəsi naməlum qalsa belə, İranın bu addımı atacağı ehtimal olunur.

Yeri gəlmişkən, Amerikanın “NBC” telekanalının jurnalisti Piter Aleksandrın iddiasına görə, ABŞ prezidenti Donald Trampın iyunun 15-17-də Kanadada keçirilən G7 sammiti zamanı aldığı həyəcanlı mesajda, ABŞ-nin İranı bombalayacağı halında, Amerikada “yatmış hücrələrin” aktivləşə biləcəyi barədə xəbərdarlıq olub.

Netanyahunun Trampdan xahişi I VIDEO
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Bunu ABŞ, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün “tarixi an” adlandıran Amerika lideri bildirib ki, bu “heyrətamiz uğurdan” sonra İran sülhə razı olmalıdır.

Lakin ABŞ-nin zərbələrinin İranın nüvə obyektlərinə ciddi ziyan vurmadığını açıqlayan Tehran Vaşinqtonun hücumuna cavab hazırladığını vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   ABŞ   terror  



Xəbər lenti